Birləşmiş Krallıqda Azərbaycan Qadınlar Assosiasiyası
Assosiasiyanın adı
Təşkilatın adı Birləşmiş Krallıqda Azərbaycan Qadınlar Assosiasiyasıdır və daha sonra AQA BK adlandırılacaq.
Məqsəd
AQA BK-nın məqsədi Azərbaycan şəbəkələrini ruhlandırmaq üçün sosial forumlar təşkil etməklə Birləşmiş Krallıqda yaşayan Azərbaycan qadınlarını birləşdirməkdir.
Bu məqsədə xidmət edən fəaliyyətlərə aşağıdakılar daxil edilə bilər (məhdudiyyət olmadan):
Digər tədbirlər İcra Komitəsi tərəfindən müəyyən edilə bilər.
Təşkilatın növü
AQA BK irq, yaş, dil və ya mənşə ayrıseçkliyi olmadan məqsədlərini təbliğ edən qeyri-kommersiya, partiyasız, dünyəvi təşkilatdır. AQA BK-yə istənilən mənfəət və ya artımlar onun məqsədini təbliğ etmək məqsədilə istifadə olunacaq.
AQA üzvlərinin siyasiləşdirilmiş və ya digər şəkildə AQA BK-nın məqsədlərinə əks olan fərdi və ya kollektiv tədbirləri ilə bağlı məsuliyyət daşımır. Belə hallar baş verərsə, Assosiasiya üzvlüyü ləğv etmək hüququnu saxlayır.
İcra Komitəsi:
AQA aşağıdakı vəzifələri yerinə yetirən göstərilən vəzifəli şəxslərdən təşkil olunan İcra Komitəsinə malik olur:
Fəxri Prezident
AQA BK Fəxri Prezidenti Azərbaycanın Birləşmiş Krallıqdakı səfirinin həyat yoldaşıdır. Səfir vəzifəsindən uzaqlaşdırıldıqda və yeni səfir təyin edildikdə, səfirinin həyat yoldaşına AQA BK Fəxri Prezidenti vəzifəsi təklif ediləcək və o, öz mülahizəsinə əsasən təklifi qəbul edə və ya ondan imtina edə bilər.
Fəxri Prezident İcra Komitəsinin əsas üzvü olur və AQA BK-nın fəaliyyətlərini tənzimləyən qərarlar üzrə əsas şəxs sayılır. Fəxri Prezident, həmçinin, mühüm xarici qarşılama, digər dost təşkilatlar arasında AQA BK-nın məqsədini və fəaliyyətlərini təbliğ etmə, Assosiasiyanı təkmilləşdirmək üçün tələb olunan dəstəklə bağlı əsas rolu daşıyır. (məs. LDQAF üzvü olmaq üçün)
Prezident AQA BK-nın və komitənin fəaliyyətinin, eləcə də, ümumi işlərinin tam idarəetməsi və istiqaməti ilə bağlı məsulliyyət daşıyır. Prezidentin AQA BK-nin bank hesabını və hesab imzalama qaydasını işlətmək səlahiyyətinə malikdir.
Vitse prezident prezident tərəfindən təyin olunmuş vəzifələri yerinə yetirir və onun yoxluğunda növbəti bildirişədək prezidentin səlahiyyət və vəzifələrini daşıyır. Prezident AQA BK-nin bank hesabını və hesab imzalama qaydasını işlətmək səlahiyyətinə malikdir.
Xəzinədar AQA BK-nin bank hesabını və hesab imzalama qaydasını işlətmək səlahiyyətinə malikdir. Xəzinədar AQA BK-nın bütün maliyyə vəsaitlərinin himayədarıdır və komitə tərəfindən müəyyən edilmiş yerdə dəqiq hesabı aparır. O, prezident tərəfindən qəbul edilmiş prosedura uyğun olaraq bütün vəsaitləri qəbul edir və xərcləyir. Xəzinədar illik hesabatlar üzrə məruzə edir, əvvəlki maliyyə ili üzrə gəlir və xərclər üzrə bəyanat verir.
AQA BK komitəsinin fərdi üzvləri ilk AQA BK komitə müddətinin sonunda müddətsiz olaraq fəxri komitə üzvü statusu daşıyacaq.
İcra Komitəsinin təyin edilməsi və istefası
AQA BK İcra Komitəsi üzvləri üzvlər tərəfindən illik ümumi yığıncaqlarda seçilir.
Prezident komitədəki vəzifəni maksimum iki il müddətində icra edir və komitə tərəfindən əlavə müddət üzrə təyin edilə bilər. Bütün digər komitə üzvləri öz vəzifələrini maksimum bir il icra edir və komitə tərəfindən bir əlavə il üzrə yenidən təyin edilə bilər.
Vəzifə boş qalarsa, İcra Komitəsi qalan müddət üzrə sələf təyin etmək səlahiyyətinə malikdir.
İcra Komitəsi komitə və AQA BK üzvləri ilə bağlı bütün protokol və sənədləşmənin müvafiq qaydada, qanun, əsasnamələr və məxfiliyə uyğun olması, bütövlükdə AQA BK-nın nüfuzun qorunmasının təmin edilməsi ilə bağlı məsuliyyət daşıyır.
Bütün AQA BK ilə bağlı sənədləşmə, yığıncaq protokolları, gəlir qəbzləri, illik hesabatlar müvafiq qaydada saxlanılır və cari işçi icra komitəsinin müddətinin sonunda növbəti icra komitəsinin prezidentinə verilir.
Prezident və ya hər hansı icra komitəsi üzvü vəzifəsini icra edə bilməzsə, yeni prezident və ya icra komitəsi üzvləri növbəti AQA BK yığıncağı zamanı AQA BK üzvlərinin səs çoxluğu ilə seçilməlidir.
Yığıncaqlar və qərar qəbuletmə
Üzvlük
Səlahiyyət
AQA BK üzvlüyünə (o cümlədən, komitə və tərəfdaşlar) səlahiyyəti olanlar aşağıdakılardır:
Üzvlüyə müraciət
Üzvlüyə müraciət İcra Komitəsinin fəaliyyətinə bağlıdır və AQA BK kommunikasiya kanalları ilə bildirilmiş metoddan istifadə etməklə təqdim edilməlidir.
İcra Komitəsi müvafiq qaydada fəaliyyət göstərməklə, yalnız müraciətin qəbul edilməməsinin AQA BK-nın maraqlarına uyğun olmasını hesab etdikdə üzvlüyə müraciətdən imtina edə bilər.
İcra Komitəsi qərarın verilməsindən sonra iyirmi bir iş günü ərzində imtinanın səbəblərini yazılı şəkildə ərizəçilərə bildirməlidir.
İllik üzvlük haqları İcra Komitəsi müəyyən etdiyi miqdarda bütün AQA BK üzvləri tərəfindən ödənilməli və AQA BK prezidenti tərəfindən təsdiq edilməlidir.
İllik üzvlük haqları üzvlüyə müraciətin qəbulundan sonra 2 həftə ərzində ödənilir.
Üzvlük haqqı (hazırda illik £20 müəyyən edilib) AQA BK-nın idarə edilməsi xərclərinə, AQA BK tədbirlərinin maliyyələşdirilməsinə və təşviqat materiallarının hazırlanmasına sərf olunur.
Üzvlüyə xitam verilməsi
Təsisçi
İcra Komitəsi üzvlərinin diskvalifikasiya edilməsi və kənarlaşdırılması
AQA BK İcra Komitəsi üzvü aşağıdakı hallarda vəzifəsini itirir:
İllik ümumi yığıncaq
Üzvlərin yığıncağı
Uyğunsuzluqlar
İstənilən yığıncaqda icraat və ya qərar qəbuletmə hər hansı gözlənilməyən uyğunsuzluq səbəbindən etibarsız sayılmır. (o cümlədən gözlənilməyən hərəkətsizlik və ya bildirişin alınmaması)
Mübahisələrin həlli
AQA BK üzvləri arasında yaranan mübahisələr komitə tərəfindən beş iş günü ərzində həll olunmalıdır. Mübahisənin AQA BK-nın nüfuzuna zərər vuracağı ehtimal olunarsa, komitə nizamnamənin IV(2)(c) maddəsinə əsasən həmin üzvləri kənarlaşdırmaq səlahiyyətindən istifadə etməlidir.
AQA BK-nın nizamnaməsi və əsasnaməsi
AQA BK aşağıdakı hallarda nizamnamənin hər hansı bir müddəasına düzəliş edə bilər
AQA BK üzvlərinin İllik Ümumi Yığıncaqda qayda və ya əsasnamələri dəyişmək, onlara əlavə etmək və ya ləğv etmək hüququ var.
Buraxılma
Əsasnamələr
AQA BK-nın fəaliyyəti
Əlavə 1. AQA BK-nın ilk İcra Komitəsinin üzvləri
Prezident: Simuzər Balaoğlanova
Karbon emissiyalarının azaldılması strategiyası üzrə magistr, idarəetmə konsultasiyası CMI üzrə diplom, BK-da Caspian Khazri tədris mərkəzinin təsisçisi, Rotary Norwich üzvü
Vitse prezident: Lamiyə Məmmədova, Baker Hughes, GE Company, Kadrlar Şöbəsinin müdiri, Kadrlar və İnkişaf üzrə Lisenziyalaşdırılmış İnstitut (FCIPD) üzvü, Akkreditasiya olunmuş baş kouçinq praktikantı; İngiltərəşünaslıq üzrə magistr.
Xəzinədar: Könül Gülverdiyeva (ingilis dili və filologiyası üzrə bakalavr. Mühasibatlıq üzrə AAT)
Təsisçi və fəxri Prezident: Ülviyyə Tağızadə (beynəlxalq münasibətlər və regionşünaslıq üzrə magistr, Azərbaycanın Birləşmiş Krallıqdakı səfirinin arvadı)