Assosiasiya 2017-ci ilin oktyabr ayında Birləşmiş Krallıqda yaşayan Azərbaycanlı qadınların şəbəkəsini yaratmaq və onlar arasında əlaqələri genişləndirmək məqsədilə yaradılmışdır.
Assosiasiyanın yaradıcısı və cari Fəxri Prezidenti, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfirinin həyat yoldaşı Ülviyyə Tağızadədir.
Assosiasiyanın fəaliyyətləri sırasına şəbəkələşmə, mədəniyyət və xeyriyyə tədbirləri daxildir.